Əsas Səhifə > Araşdırma > Millinin sabiq üzvü beynəlxalq axtarışa verildi

Millinin sabiq üzvü beynəlxalq axtarışa verildi


14-10-2018, 22:59


Serbiya millisinin sabiq üzvü Mateya Kejman beynəlxalq axtarışa verilib.

Onun barəsində axtarışı Belçika polisi "Təmiz əllər" əməliyyatı çərçivəsində elan edib.

39 yaşlı veteran futbolçu hazırda futbol agenti kimi fəaliyyət göstərir. O, indi çirkli pulların yuyulmasında ittiham olunur. Kejmanın meneceri olduğu Sergey-Milinkoviç Saviç və Adam Maruşicin transferlərində qanun pozuntularına yol verməsi barədə şübhələr var.

Rəsmi məlumatlara görə, Sergey-Milinkoviç Saviç 2015-ci ildə Belçika "Genk”indən 18, Adam Maruşic isə 2017-ci ildə "Ostende”dən 6,5 milyon avroya "Latsio”ya transfer olunub.

Qeyd edək ki, Mateya Kejman karyerası ərzində Serbiyanın "Radniçki", "Loznitsa", "Sartid", "Partizan", Hollandiyanın PSV, İngiltərənin "Çelsi”, İspaniyanın "Atletiko”, Türkiyənin "Fənərbaxça”, Fransanın PSJ, Rusiyanın "Zenit”, Çinin "South China" və Belarusun BATE klublarında çıxış edib.
Geri qayıt