Əsas Səhifə > Araşdırma > Sumqayıtda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
Sumqayıtda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12-10-2018, 11:59 |
11 sentyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilmişdir. Zona toplantısında Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak edirdilər. Tədbidə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Teymur Səmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Milli Məclisin üzvü Tahir Mirkişili, eyni zmanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,Sumqayıt Dövlət Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları, habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak edirdilər. Toplantı iştirakçıları Ümummilli lider Heydər Əliyevin heykəli önündə gül dəstələri qoydular. Daha sonra qonaqlar vətoplantı iştirakçıları gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgi ilə tanışlıq bitdikdən sonra Heydər Əliyev Mərkəzinin akt zalında Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı öz işinə başladı. Toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Teymur Səmədov, Gənclər və idman Nazirinin müavini İntiqam Babayev və Milli Məclisin üzvü Tahir Mirkişili toplantı iştirakçılarını salamladılar. Rəsmi çıxşlar bitdikdən sonra zona toplantısının işində əlaqədar dövlət qurumlaraının ekspertlərinin iştirakı ilə müzakirələrə başlandı. Sumqayıt Dövlət Universitetinin professoru Adil Baxşəliyev “Azərbaycanda təhsilin inkişafı” mövzusunda, “Gənclər arasında dini radikalizmin profilaktikası və təhlükəsiz mühit” mövzusunda isə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Elnur Kazımov, “Dövlətin məşğulluq siyasəti və gənclərin sosial rifahı” mövzusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Həvva Kazımova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Şövkət Bəkirov “Ətraf mühitin qorunması-gənclərin iştirakı və məsuliyyəti” mövzusunda çıxış etdilər. Azərbaycan Respublikası Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov isə Fondun fəaliyyəti və yeniliklər barədə toplantı iştirakçılarına geniş məlumat verdilər. Ekspertlərin çıxışları bitdikdən sonra toplantı iştirakçıları tərəfindən onları maraqlandıran çoxsaylı suallar verildi, fikir mübadiləsi aparıldı. İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edildi. Rəsmi hissə bitdikdən sonra istedadlı gənclərin iştirakı ilə konsert proqramı təşkil edildi. Bununla da, Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı Sumqayıt şəhərində keçirilən zona toplantısı işini bitirdi. Geri qayıt |