Əsas Səhifə > Araşdırma / Maraq > Çempionlar Liqası tarixindən maraqlı faktlar

Çempionlar Liqası tarixindən maraqlı faktlar


18-09-2018, 10:13


Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün qrup mərhələsinə start veriləcək.

Avropanın bir nömrəli klub turnirinin ən sərrast futbolçusu Kriştiano Ronaldodu. 1992/93 mövsümündən bu adla keçirilən turnirdə 153 oyun keçirən portuqaliyalı 120 qol vurub.

Onu "Barselona"lı Lionel Messi izləyir. Argentinalı 125 matçda 100 dəfə fərqlənə bilib. İlk "üçlüy"ü "Real" və "Şalke"nin heyətində Çempionlar Liqasında oynamış Raul Qonzales qapayır - 142 oyun, 71 qol.

"Real"ın heyətində 2013/14 mövsümünü 17 qolla tamamlayan Ronaldo Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu olub. İkinci pillədə də Ronaldo qərarlaşıb. Belə ki, o, 2015/16 mövsümünü 16 qolla qapayıb.

Turnirdə ən çox forma geyinən futbolçu hazırda "Portu"da çıxış edən İker Kasilyasdı. "Real"ın sabiq qapıçısı 167 oyun keçirib. Onu 153 oyunla Ronaldo izləyir. Keçmiş "Barelona"lı Xavi isə 151 oyunla üçüncü pillədə qərarlaşıb.

Çempionlar Liqasının ən böyükhesablı qələbəsini "Liverpul" qazanıb. İngilislər 2007-ci ildə "Beşiktaş"ı 8:0 hesabı ilə yenib. "Arsenal" "Slaviya"nı (Praqa), "Yuventus" "Olimpiakos"u, "Marsel "Jilina"nı, "Bavariya" "Bazel" və "Şaxtyor"u, "Valensiya" "Genk", "Şaxtyor" isə BATE-ni 7:0 hesabı ilə məğlub edib.

Bir oyunda ən çox qol vuran futboçular Lionel Messi və Luiz Adriano olub. "Barselona"lı Messi 2011/12 mövsümündə "Bayer"i 7:1 hesaı ilə yendikləri matçda, Adriano isə "Şaxtyor"un 2014/15 mövsümündə BATE-yə 7:0 hesabı ilə qalib gəldikləri oyunda 5 qola imza atıb.

Kriştiano Ronaldo, Marko Van Basten, Simon İnzaqi, Dado Prso, Ruud van Nistelrooy, Andrey Şevçenko, Bafetimbi Qomis, Mario Qomes, Robert Levandovski, Lionel Messi və Zlatan İbrahimoviç bir oyunda 4 dəfə fərqlənə bilib.

Çempionlar Liqasının ən sürətli qolunu Roy Makaay vurub. Holland futbolçu 7 mart 2006-cı ildə "Bavariya"nın "Real"ı 2:1 hesabı ilə yendiyi qarşılaşmanın 10:12-ci saniyəsində fərqlənib.

Ən sürətli het-trikin müəllifi Bafetimbi Qomisdi. 2011-ci ildə "Lion"da oynayan futbolçu Zaqreb "Dinamo"sunu 7:1 hesabı il məğlub etdikləri qarşılaşmada 8 dəqiqəyə 3 qol vurub.

Ən çoz het-trik edən futbolçular isə Lionel Messi və Kriştiano Ronaldo olub. Messi "Barselona", Ronaldo "Real" forması isə 7 dəfə buna naio olub.

Çempionlar Liqasında qol vuran ən gənc futbolçu Peter Ofori-Quayedi. "Rusenborq"da oynayan futbolçu 1997-ci ildə "Olimpiakos"u məyus edən zaman 17 yaş 195 günlük olub.

Turnirin ən yaşlı qol müəllifi isə Françesko Tottidi. "Roma"nın əfsanəsi 2014/15 mövsümündə ÇSKA-nın (Moskva) qapısına yol tapan zaman 38 yaş 59 günlük olub.

Hollandiyalı Klarense Zeedorf 3 fərqli klubla Çempionlar Liqasını qazanan yeganə futbolçudu. O, 1995-ci ildə "Ayaks", 1998-də "Real", 2007-ci ildə "Milan"la bu uğura nail olub.

Turnirin qalibi olmuş ən gənc baş məşqçi Joze Villalonqa olub. O, 1956-cı ildə - 36 yaşında "Real"a kuboku qazandırıb.

Çempionlar Liqasını indiyədək 3 ata-oğul qazana bilib. İtalyan Cesare Maldini 1963, oğlu Paolo Maldini 1989, 1990, 1994, 2003 və 2007-ci illərdə bu uğura nail olub.

"Real"da forma geyinən Manuel Sançis Martines, oğlu Manuel Sançis Hontiyuelo 1998 və 2000-ci illərdə kuboku qazanıb.

Karles Buskets "Barselona" ilə 19992-ci ildə kuboka sahib çıxıb. Onun oğlu Serxio Buskets isə 2009, 2011 və 2015-ci illərdə eyni klubla bu uğura imza atıb.
Geri qayıt