Əsas Səhifə > Araşdırma > Terrorçular "Barselona"nın stadionunu partlatmaq istəyib
Terrorçular "Barselona"nın stadionunu partlatmaq istəyib2-08-2018, 15:56 |
İspaniyanın Barselona şəhərində ötən il baş verən terror aksiyasının əsl hədəfi "Barselona" klubunun məbədi hesab edilən "Nuo Kamp" stadionu olub. Hadisənin üstündən bir il keçməsinə baxmayaraq araşdırmaları davam etdirən hüquq-mühafizə orqanları bu faktı üzə çıxarıb. "El Periodico"nun məlumatına görə, yaxalanan terrorçuların üzərindən çıxan mobil telefonlarda stadionun planları olub. Məlum olub ki, terrorçular həmin gün keçiriləcək "Barselona" - "Betis" matçı zamanı stadionu partlatmaq istəyib. Amma buna nail ola bilməyiblər. Qeyd edək ki, Abdelbaki Es Sattinin başçılıq etdiyi terror təşkilatı tərəfindən ötən ilin 20 avqustunda törədilər terror aktı zamanı 14 nəfər həlak olmuş, 100-dən artıq insan həlak olmuşdu. Geri qayıt |