Əsas Səhifə > Araşdırma > İdmana bağlı yazar
İdmana bağlı yazar6-09-2017, 15:06 |
Həsənzadə Etibar Oktay oğlu 07 iyun 1992- ildə Daşkəsən şəhərində anadan olmuşdur. 2010-cu ildə Daşkəsən şəhər Anar Mursəlov adına 2 saylı orta məktəbi bitirmişdir. 2016-cı ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakultəsini bitirib. BrendSport.az xəbər verir ki, "Könlümlə söhbət", "Duyğular dinsin", "Gecikmiş etiraf ", "Bir həyat romanı" və "Sevgi bəstəsi" adlı kitabların müəllifidir. "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" 1, 2 və 3, "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də", "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi 9" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında şeirləri və hekayələri dərc olunub. "Zaman24.net" saytının baş redaktorudur. İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasya Sanat Kültür, Edebiyat və Bilim Derneginin, Türkmen Edebiyatçı və Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Etibarla qısa bir söhbətimiz oldu. Onun dediklərindən: Gələcəkdə yazılarımda idman mövzularına da toxunmaq fikrim var. Hətta planlarımda idmançı qəhraman da təsvir edəcəm. Hazırda cəmiyyətin idmana olan təlabatı cox böyükdü. Fikirləşirəm ki, idmançılarımız daha da savadlı olsa, cəmiyyətimiz bundan maksimum yararlaa bilər. İdmanla əlaqədar bu yaxınlarda biz ssenari yazdıq. Çalışacağıq ki, onu da həyata keçirək. Fürsətdən istifadə edib Azərbaycanın bütün idmancılarına ugurlar arzulayıram. Sizə də gələcək işlərinizdə uğurlar arzulayıram. Əliqasım Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Geri qayıt |