Əsas Səhifə > Araşdırma > Gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi prioritetdir
Gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi prioritetdir3-07-2018, 21:26 |
Şamaxı rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin təşkilatçılıqları ilə "Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfrans" keçirilmişdir. BrendSport.az saytı xəbər verir ki, tədbirə rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin, ümumtəhsil tam orta məktəblərinin 160 nəfərə yaxın gənci cəlb edilmişdir. Tədbirdə həmçinin Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov, "Türkiyə Unversitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, layihənin eksperti Seymur Verdizadə, gənc ictimai fəal Samir Pənəliyev və Şamaxı rayon Gənclər və İdman idarəsinin rəis müavini Bəhlul Əliosmanov da iştirak etmişlər. Şamaxı RİH başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov giriş sözü ilə gələn qonaqları və tədbir iştirakçılarını salamladı və tədbiri açıq elan etdi. Dövlət Himni səslənildikdən sonra Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş həmvətənlilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov həyata keçirilən layihəsinin məqsəd və məramı haqqında bildirdi ki, layihənin əsas məqsədi qəhrəmanlıq tarixinin təbliği, milli qəhrəmanlarımızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücayət göstərmiş şəxsləri yeniyetmə və gənclər arasında tanıtmaq üçün layihələr həyata keçirməkdir. Ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, gənclərimizə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Tədbir ərəfəsində iştirakçı gənclərə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdıran "Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi" adlı layihəsi çərçivəsində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi tərəfindən nəşr edilmiş bukletlər təqdim olundu. Bir qrup fəal gənclərə isə papaq və köynəklər paylanıldı. Çıxışlar bitdikdən sonra natiqlər tərəfindən gəncləri maraqlandıran bütün suallar cavablandırıldı. Tədbirdən sonra qonaqlar və bir qrup fəal gənclər Şəhidlər xiyabanını ziyarət etmiş və sonda çay süfrəsi təşkil olunaraq tədbiri yekunlaşdirmışlar. Əliqasım Məmmədov Geri qayıt |