Əsas Səhifə > Araşdırma > “Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib
“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib10-08-2025, 12:30 |
![]() “Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb. “Zirə” (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb. ”Araz-Naxçıvan” (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, “Sabah” (86 xal) 49 sıra artıraraq 264-cü olub. Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520 xal) qərarlaşıb. Geri qayıt |