Əsas Səhifə > Araşdırma > Azərbaycan komandası futzal üzrə universitetlərarası Avropa çempionatının qalibi olub

Azərbaycan komandası futzal üzrə universitetlərarası Avropa çempionatının qalibi olub


Dünən, 09:15


Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində universitetlər arasında keçirilən Avropa çempionatının qalibi olub.

BrendSport.az
xəbər verir ki, komandamız finalda İspaniya təmsilçisi "Valensiya" ilə qarşılaşıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Azərbaycan komandası qitə çempionu adına layiq görülüb.

Komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə baş tutub.
Geri qayıt