Əsas Səhifə > Araşdırma > Paris-2024: Daha 2 idmançıda koronavirus aşkarlanıb

Paris-2024: Daha 2 idmançıda koronavirus aşkarlanıb


31-07-2024, 10:12

Paris-2024 Yay Olimpiya Oyunlarında daha 2 idmançıda koronovirus aşkarlanıb.

BrendSport.az
xəbər verir ki, amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlokun analizləri müsbət nəticə verib.

Onlar bu səbəbdən karantinə alınıblar.

Amerikalılardan öncə böyük britaniyalı üzgüçü Adam Piti, eyni növdə avstraliyalı Lani Pallister, eləcə də alman dekatletçisi Manuel Eyteldə koronavirus aşkarlanıb. Olimpiadanın startından öncə isə beş avstraliyalı su polosuçusu da bu infeksiyaya yoluxub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri qayıt