Əsas Səhifə > Araşdırma > Türkiyə millisinin 22 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Türkiyə millisinin 22 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb


16-05-2024, 14:33


Qadın voleybolçulardan ibarət Türkiyə millisinin məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

BrendSport.az
xəbər verir ki, Millətlər Liqasında Yaponiya seçməsinə uduzan (2:3) “ay-ulduzlular” 22 matçdan sonra meydanı qələbəsiz tərk ediblər. İtaliyalı mütəxəssis Daniele Santarellinin çalışdırdığı komanda son məğlubiyyətini də Asiya təmsilçisindən almışdı.

Qeyd edək ki, Türkiyə yığması qrupdakı ikinci oyununda bu gün Niderland seçməsi ilə qarşılaşacaq.
Geri qayıt