Əsas Səhifə > Araşdırma > “Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır


29-03-2024, 11:01

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda türkiyəli Salih Yıldızla qarşılaşacaq. 66 kiloqramda Ruslan Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəli, Rəşad Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulunu sınağa çəkəcək. Onların hər ikisi yarışa 1/32 finaldan başlayacaq.

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.
Geri qayıt