Əsas Səhifə > Araşdırma > Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşüb

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşüb


4-12-2023, 10:18

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

BrendSport.az
xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı XV turda “Səbail”lə matçda topu öz qapısından keçirib.

Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdular. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşiblər.
Geri qayıt