Əsas Səhifə > Araşdırma > AFFA rəsmisi "Beşiktaş"ın oyununa təyinat alıb

AFFA rəsmisi "Beşiktaş"ın oyununa təyinat alıb


21-11-2023, 15:32

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, Türkiyədə yerli "Beşiktaş" və Belçikanın “Brugge” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.
Geri qayıt