Əsas Səhifə > Araşdırma > AFFA sabah Canni De Byazi ilə bağlı qərar verəcək - EKSKLÜZİV

AFFA sabah Canni De Byazi ilə bağlı qərar verəcək - EKSKLÜZİV


21-11-2023, 13:01
AFFA sabah Canni De Byazi ilə bağlı qərar verəcək - EKSKLÜZİV
AFFA sabah Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.

BrendSport.az
xəbər verir ki, noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı fövqəladə iclası keçiriləcək.

Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq. İclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.

AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.
Geri qayıt