Əsas Səhifə > Araşdırma > AFFA Canni De Byazinin fikirlərinə görə jurnalistlərdən üzr istəyib
AFFA Canni De Byazinin fikirlərinə görə jurnalistlərdən üzr istəyib20-11-2023, 11:18 |
AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “Avro-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. BrendSport.az xəbər verir ki, milli assosiasiyanın baş katibi Sərxan Hacıyev AZƏRTAC-a açıqlamasında italiyalı mütəxəssisin sözlərinə görə AFFA rəhbərliyinin adından media nümayəndələrindən üzr istəyib. Qeyd edək ki, Canni De Byazi 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında yerli jurnalistlər haqqında xoşagəlməz ifadələr işlədib. Geri qayıt |