Əsas Səhifə > Maraq > Yay Olimpiya Oyunlarının biletlərinin 70 faizi satılıb

Yay Olimpiya Oyunlarının biletlərinin 70 faizi satılıb


24-05-2023, 17:00





2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün biletlərin 70 faizi satılıb.

BrendSport.az xəbər verir ki, bu barədə "France Bleu" nəşri məlumat yayıb.

10 milyon biletdən 7 milyonu artıq alınıb. Bunların 63,5 faizini Fransa vətəndaşları əldə ediblər. Digər 3 milyon biletin yarışların startınadək satılacağı gözlənilir.

Qeyd edək ki, Paris-2024 26 iyul-11 avqustda təşkil olunacaq.
Geri qayıt