Əsas Səhifə > Fotoqalareya > Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu


8-10-2018, 22:39


Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

Sərbəst güləşçilərin yarışında B qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) A qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) D qrupunda ikinci yeri tutub.
Geri qayıt