Əsas Səhifə > Redaktor seçimi > Dünya reytinqi: "Qarabağ" 7 pillə irəlilədi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən klubların yeni reytinq cədvəli açıqlanıb.

Dünya reytinqi: "Qarabağ" 7 pillə irəlilədi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən klubların yeni reytinq cədvəli açıqlanıb.


10-03-2023, 11:17


BrendSport.az xəbər verir ki, 307 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" da var. Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyib və 149 xalla 62-cidir. Eyni xala Argentinanın "Talyeres" (Kordoba) klubu da sahibdir.

Sıralamaya Braziliya "Flamenqo"su (313 xal) liderlik edir. "Real" 2-ci (308 xal), Palmeyras" isə 3-cüdür (263 xal). "Benfika" 4-cü yeri tutur (247 xal). "5-liy"i "Liverpul" tamamlayır (245 xal).
Geri qayıt