Əsas Səhifə > Redaktor seçimi > İdmançı daim öz üzərində çalışmalıdır

İdmançı daim öz üzərində çalışmalıdır


29-08-2017, 11:20


Əhmədov Elnur Oruc oğlu 1987-ci il iyun ayının 28-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmusdur. Orta təhsilini Xətai rayon 95 saylı orta məktəbdə almışdir.

BrendSport.az xəbər verir ki, o, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş və ali təhsilini taekvondo faklütəsi üzrə fərqlənməylə bitirmisdir.



Akademiyanı bitirdikdən sonra Elnur həqiqi hərbi qulluğunu Agdam rayonunda “N” saylı hərbi hissədə keçmişdir. Usaq yaşlarından idmana böyük həvəsi olan Elnur Əhmədov kikboks və karate idman növləri ilə məşğul olmuşdur.

Sonra o, kariyerasını taekvondo idman növündə yüksəltməyə qərar verir. Elnur taekvondo kariyerasında respublika çempionatlarının və bir çox beynelxalq çempionatların çempionu və mükafatçısı olmuşdur!



Hazırda Elnur Əhmədov IV dan qara kəmər ustasıdır və 2009-cu ildən Azərbaycan Taekvondo Federasiyasının rəsmi məşqçi-müəllim vəzifəsində çalışır. Elnur Əhmədov bundan əlavə “Qızıl 10-luq” döyüşçü aktyorlar qrupunun üzvüdür.

Əliqasım Məmmədov
Geri qayıt