Əsas Səhifə > Redaktor seçimi > Elnur Məmmədli: Olimpiya çempionu olmaq elə də asan deyil

Elnur Məmmədli: Olimpiya çempionu olmaq elə də asan deyil


22-09-2020, 22:01
Elnur Məmmədli: Olimpiya çempionu olmaq elə də asan deyil


Pandemiya dövründə belə idmandan kənarda qalmır, mütəmadi olaraq məşq edirəm.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin “Facebook”dakı səhifəsində canlı yayımda deyib.
E.Məmmədli bildirib: “Olimpiadada iştirak etmək, Olimpiya çempionu olmaq elə də asan deyil. Bir dəfə çempion olmuşam, qismət belədir. Bəziləri zədə ucbatından ikincini gerçəkləşdirə bilməyib. Güləşçimiz Fərid Mansurov 2008-ci ildə qızdırmalı idi, mən isə çempion olandan sonra zədələnmişdim”.
Titullu idmançı pandemiya dövründə cüdoda maketlərdən istifadənin faydalı olmayacağını deyərək bildirib ki, maket canlı idmançını əvəz edə bilməz. Cüdoda qarşı tərəf idmançı olmalıdır. Pandemiya təkcə Azərbaycanda yox, bütün dünyada qlobal bəlaya çevrilib. Ölkəmizdə pandemiyanın qarşısının alınması üçün genişmiqyaslı tədbirlər görülür. Hamı idman zallarının açılmasını gözləyir. Bu gün hər birimiz həkim kimi özümüzü qorumalıyıq.
Gənclərə valideynlərinə qulaq asmağı tövsiyə edən E.Məmmədli deyib: “Valideynlərə mütləq qulaq asmaq lazımdır. Valideynlərə isə demək istəyirəm ki, övladlarınızı idmana yazdırın. Öz övladımın da atası kimi Olimpiya çempionu olmasını istəyirəm, hərçənd idmana marağı yoxdur. Ancaq o da bunu istəməlidir, onun yerinə qərar verə bilmərəm. Məni valideynim idmana aparıb, amma mənim yerimə məşq etməyib, əziyyət çəkməyib”.
Qeyd edək ki, E.Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.
Geri qayıt