Əsas Səhifə > Redaktor seçimi > Pekin-2008-in bürünc mükafatçısı yeni vəzifəyə təyin edilib

Pekin-2008-in bürünc mükafatçısı yeni vəzifəyə təyin edilib


1-07-2020, 13:12


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.
BrendSport.az saytı xəbər verir ki, Qərb Mərkəzindən verilən məlumata görə, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.
Xatırladaq ki, Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Geri qayıt