Əsas Səhifə > Redaktor seçimi > “Beynəlxalq Təhsil Kuboku” keçiriləcək.

“Beynəlxalq Təhsil Kuboku” keçiriləcək.


5-05-2020, 18:34


“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə onlayn
“Beynəlxalq Təhsil Kuboku” keçiriləcək.


BrendSport.az xəbər verir ki, 09-10 may 2020-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” keçiriləcək.
Beynəlxalq yarışın keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə www.chess.com internet portalı üzərindən keçiriləcək beynəlxalq yarış 17 yaşadək şahmatçılar arasında təşkil olunacaq. Şahmatçılarımızdan yalnız yüksək reytinqli, dünya və avropa birinciliklərində medal qazanmış və onlayn Qran-pri turnirində final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcək. Ölkə şahmatçıları ilə yanaşı dünyanın bir çox ölkəsindən reytinqli şahmatçıların qoşulacağı yarış 2 mərhələdən ibarət olacaq: seçmə mərhələ və final mərhələsi. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.
Oyunlar eyni zamanda canlı olaraq şərh ediləcək.
Yarışın qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.
Yarışın internet səhifəsi: www.tehsilchess.az/itc2020
Yarışın əsasnamə: https://www.tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf
Geri qayıt