Əsas Səhifə > Redaktor seçimi > Bakıda keçiriləcək Qran-Pri yarışlarında 40 ölkədən paracüdoçular mübarizə aparacaqlar

Bakıda keçiriləcək Qran-Pri yarışlarında 40 ölkədən paracüdoçular mübarizə aparacaqlar


28-02-2020, 18:57


Mayın 11-12-də Bakıda paracüdo üzrə dünya kuboku yarışları keçiriləcək.

BrendSport.az xəbər verir ki, ölkəmizdə ikinci dəfə keçiriləcək bu mötəbər yarışda 40-dan artıq ölkədən 400-ə yaxın idmançı iştirak edəcək.

Yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Turnirdə kişilər 60, 66, 73, 81, 90, 100 kiloqram və 100 kiloqramda yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.
Geri qayıt