Əsas Səhifə > Redaktor seçimi > Azərbaycanın U-17 komandası UEFA inkişaf turnirində iştirak edəcək

Azərbaycanın U-17 komandası UEFA inkişaf turnirində iştirak edəcək


19-02-2020, 18:01


Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, millimizin çıxış edəcəyi turnirin təqvimi açıqlanıb.

Millimiz fevralın 21-də Cəbəllütariq, iki gün sonra Şotlandiya, ayın 26-da isə Malta yığmaları ilə qarşılaşacaq.
Geri qayıt