Əsas Səhifə > Redaktor seçimi > Elxan Məmmədov: Bakı “Avro-2020”nin oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək

Elxan Məmmədov: Bakı “Avro-2020”nin oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək


19-02-2020, 17:58


Bakı futbol üzrə “Avro-2020”nin ev oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək. Ev sahibliyi ilə biz təkcə Azərbaycanı yox, bütün bölgəni təmsil edirik.

BrendSport.az xəbər verir ki, bu sözləri “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda fevralın 19-da keçirilən tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Avropa çempionatını təşkilatçılıq baxımından ciddi məsuliyyət, sahibkarlar üçün isə fürsət olduğunu vurğulayan E.Məmmədov bildirib: “Ötən il UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən ölkəmizə 38 min nəfər gəlmişdi. İndi isə azı üç dəfə çox qonağın gələcəyinə əminəm. Sahibkarları bu fürsətdən yararlanmağa çağırıram”.


Geri qayıt