Əsas Səhifə > Redaktor seçimi > Bakıda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları təşkil olunacaq

Bakıda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları təşkil olunacaq


15-02-2020, 20:01
Bakıda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları təşkil olunacaq
Mayda Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.
BrendSport.az
AGF-yə istinadla xəbər verir ki, sayca 9-cu olacaq bu yarış mayın 8-10-da Milli Gimnastika Arenasında keçiriləcək.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.
İlkin qeydiyyat siyahısına əsasən yarışda 35 ölkədən 735 idmançı iştirak edəcək.
Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.
Geri qayıt