Əsas Səhifə > Redaktor seçimi > Şahmat üzrə dünya kuboku turnirində final mərhələsinin ikinci partiyası oynanılıb

Şahmat üzrə dünya kuboku turnirində final mərhələsinin ikinci partiyası oynanılıb


2-10-2019, 10:12


Oktyabrın 1-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirində final mərhələsinin ikinci partiyası oynanılıb.

BrendSport.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli Liren Dinq ilə üz-üzə gəlib. Birinci görüşdə heç-heçə edən şahmatçımız ikinci partiyada qara fiqurlarla oyunda məğlub olub.

Şahmatçımız digər iki partiyanı oktyabrın 2-3-də keçirəcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.
Geri qayıt