Əsas Səhifə > Redaktor seçimi / Olimpiya > MOK baş katibinin müavini Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının iclasında iştirak edir

MOK baş katibinin müavini Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının iclasında iştirak edir


1-10-2019, 18:23


Romada Avropa Olimpiya Komitələrinin Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının iclası keçirilir.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) BrendSport.az-a bildiriblər ki, tədbirdə komissiyanın üzvü və MOK baş katibinin müavini Azər Əliyev də iştirak edir.

Xatırladaq ki, A.Əliyev Avropa Olimpiya Komitələrinin Serbiyanın paytaxtı Belqradda keçirilmiş 39-cu seminarında Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.
Geri qayıt