Əsas Səhifə > Redaktor seçimi > Öz üzərində daim çalışan idmançı

Öz üzərində daim çalışan idmançı


28-08-2017, 15:54


Zahid Nadirov 1993-cü il dekabr ayının 27-si Cəlilabad rayonunun Məlikqasımlı kəndində dünyaya gəlib. Əvvəlcə təhsilini 2001-ci ildə Cəlilabad rayonunun Bayxanlı kənd məktəbində, sonra Cəlilabad rayonu 3 saylı məktəbdə, 5-11-ci sinifləri isə Cəlilabad rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə almışdır.

2012-ci ildə məktəbi bitirib və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi və idman" ixtisası üzrə bakalavr təhsili almağa başlayıb. 2016-cı ildə bakalavr təhsilini bitirmiş və tam ali təhsil olaraq həmin akademiyanın magistr pilləsi üzrə təhsilini davam etdirməyə başlamışdır. Hal-Hazırda II kurs magistrantıdır.

Uşaq yaşlarından Cəlilabad rayonunun görkəmli nümayəndəsi taekvondo üzrə məşqçi-müəllim Yasər Babayevin tələbəsi olur. 12 yaşında 1-ci dan qara kəmərə sahib olmuşdur.

Hazırda taekvondo üzrə 3-cü dan qara kəmər ustası və eyni zamanda Azərbaycan Taekvondo Federasiyasının məşqçi-müəllimidir.
Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayır və həmin qəsəbənin 255 saylı tam orta məktəbində Fiziki tərbiyə fənni üzrə müəllim çalışır.

İdman sahəsindən savayı "Şəffaflıq" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiri və “Tormenta production”un üzvüdür.
"Qızıl onluq" döyüşçü aktyorlar qrupunun üzvüdür.

Həvəskar olaraq rejissor, ssenarist, operator, aktyor, kaskadyor kimi də fəaliyyət göstərir.
Əsasən, qısametrajlı filmlər çəkir və bəziləri beynəlxalq film festivallarında qəbul olunaraq nümayiş olunub.

Alxas Məmmədov









Geri qayıt