Əsas Səhifə > Redaktor seçimi > Həsənağa Rzayev: “Komanda idman növlərində mübarizə çox çətin olacaq”

Həsənağa Rzayev: “Komanda idman növlərində mübarizə çox çətin olacaq”


16-07-2019, 22:11



BrendSport.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.
Bu sözləri "olimpiyadunyasi.com” saytına müsahibəsində Milli Olimpiya Komitəsinin idman idarəsinin rəisi və festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsənağa Rzayev deyib.
Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını vurğulayan H.Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq. "1991-ci ildən keçirilən Avropa Gənclərin Olimpiya Festivalı ən kütləvi idman tədbirlərindən biri hesab olunur. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq. 10 idman növü üzrə keçiriləcək yarışlar 12 idman obyektini əhatə edir. Komandamız bu yarışda 122 idmançı ilə təmsil olunacaq. Ümumi komanda heyəti isə 198 əfərdən ibarətdir. Yarışların açılış mərasimi iyulun 21-də saat 20:00 başlayacaq”. Əvvəlcədən proqnoz vermək çox çətindir. Əsas medal ümidlərimiz cüdo, güləş və gimnastika yarışlarında təmsil olunacaq idmançılarımızadır. Komanda idman növlərində mübarizə çox çətin olacaq. Avropanın A divizionunda olan idmançılar komanda idman növlərində olacaq. Bu isə qeyd etdiyim kimi, mübarizənin çox gərgin keçəcəyindən xəbər verir. İnanıram ki, idmançılarımız bu yarışda uğurla çıxış edəcəklər”, - deyə Həsənağa Rzayev bildirib.
Geri qayıt