Əsas Səhifə > Redaktor seçimi > Yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnirin qalib və mükafatçıları müəyyənləşib

Yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnirin qalib və mükafatçıları müəyyənləşib


4-05-2019, 13:55


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir başa çatıb.

BrendSport.az xəbər verir ki, yarış 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında təşkil edilib.

Yarışın birinci günündə 2008-ci il və daha kiçik yaşlı idmançılar qüvvələrini sınayıblar. Qızların yarışında idmançılarımızdan Arzu Aslanova yüksək nəticə göstərərək birinci yeri tutub. İkinci pillədə digər stolüstü tennisçimiz Mərziyyə Nürmətova qərarlaşıb. Üçüncü yerə isə Türkiyə təmsilçisi Alsudə Tuba Şimşək və Azərbaycan idmançısı Aylin Əsgərova sahib olublar.

Oğlanların mübarizəsində Azərbaycanın stolüstü tennisçiləri Hüseyn Eylazov birinci, Adil Əhmədzadə ikinci yeri tutublar. Azərbaycanın digər təmsilçisi Rüstəm Hacılı və Türkiyə idmançısı Mustafa Nebhan üçüncü yerə layiq görülüblər.

2004-cü il və daha kiçik yaşlı qızlar arasında birinci yeri İran təmsilçisi Elina Rəhimi, ikinci yeri Rusiya idmançısı Mariya Siropova, üçüncü yeri isə Azərbaycan stolüstü tennisçisi Mehriban Dadaşova qazanıblar. Oğlanlar arasında iranlı Aşrafi Parham, azərbaycanlı Emin Məmmədov birinci və ikinci pillələri tutublar. Üçüncü yerə isə İran təmsilçisi Samran Kərimi və azərbaycanlı idmançı Kənan Pənahov layiq görülüblər.

Sonda yarışda fərqlənənlər mükafatlandırılıblar.

Qalib və mükafatçılara medalları Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Fateh Karaca və İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Aliqardaşı təqdim ediblər.
Geri qayıt