Əsas Səhifə > Redaktor seçimi > AFFA-nın növbəti hesabat konfransı başla çatdı

AFFA-nın növbəti hesabat konfransı başla çatdı


4-03-2019, 12:01


Bakıda AFFA-nın növbəti hesabat konfransı işə başlayıb.

BrendSport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, futbol ictimaiyyətinin nümayəndələri, “Bakı-2019: Ulduzlar Finalı” ilə əlaqədar ölkəmizdə səfərdə olan məşhur veteran futbolçular və digər şəxslər iştirak edirlər.

AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyərək cari ildə ölkəmizin UEFA Avropa Liqasının final oyununa, gələn il isə Avropa çempionatının final mərhələsinin dörd matçına ev sahibliyi edəcəyini bildirib. Qeyd edib ki, bütün bunlar ölkəmizdə futbolun inkişafından xəbər verir.

Sonra AFFA-nın ötənilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Geri qayıt