Əsas Səhifə > Redaktor seçimi > Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının püşkü atılıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının püşkü atılıb


3-03-2019, 02:21


Mayın 16-19-da Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının martın 2-də püşkü atılıb.

BrendSport.az xəbər verir ki, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaqlar.


Geri qayıt