Əsas Səhifə > Redaktor seçimi > 26 il iş təcrübəsi olan pedaqoq

26 il iş təcrübəsi olan pedaqoq


22-09-2017, 22:25


Əliməhəmməd Etibarov 1964-cü ildə anadan olub. Texniki Humanitar Təmayüllü liseyin məzunudur.

BrendSport.az xəbər verir ki, 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub və 1991-ci ildə oranı bitirmişdir.

26 illik pedaqoji iş təcrübbəsi var. Onun yetirməsi Şamaxıda ilk dəfə güllə atıçılığı üzrə zona çempionu olub.

Onun voleybol və basketbol üzrə komandası da çempionluq sevinci yaşayıb.

Əliməhəmməd müəllim Texniki Humanitar Təmayüllü liseyində böyük nüfuza və hörmətə layiq pedaqoqlardan biridir.

O, həm də şeir yazır. “Xocalı”, “Qarabağım”, “Pedaqoq”, “Vətənim” kimi şeirlərin müəllifidir.

Təhsil şöbəsi tərəfindən fəxri fərmanla təltif olunub.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Geri qayıt