Əsas Səhifə > Redaktor seçimi > Pakistan mətbuatı Formula 1 Azərbaycan Qran-Prisindən yazıb

Pakistan mətbuatı Formula 1 Azərbaycan Qran-Prisindən yazıb


17-01-2019, 21:33


Formula 1 yarışlarının Bakı mərhələsi avtoidman həvəskarlarının yaddaşında unudulmaz an kimi qalır. Mötəbər yarışa yüksək səviyyədə təşkilatçılıq vəzifəsinin öhdəsindən uğurla gələn Bakı adını bu idman növünün təqviminə əminliklə yazdırıb.

BrendSport.az xəbər verir ki, bu fikirlər Pakistanın “DND” portalında dərc edilən məqalədə yer alıb.

Müəllif bildirir ki, Formula 1 Azərbaycan Qran-Prisi idman nöqteyi-nəzərindən ən yaxşı traslardan biridir. Bakı şəhər halqası Azərbaycan paytaxtının mərkəzində, Dənizkənarı Milli Parkın yaxınlığından keçir. Uzunluğu altı kilometrdən çox olan tras Formula 1 təqvimində ən uzun trekdir. Bakı treki özünün uzun düz zolağı ilə Formula 1 pilotları üçün əsl sınaq meydanına çevrilib.

Məqalədə qeyd olunub ki, builki Qran-Pri aprelin 26-28-də keçiriləcək.
Geri qayıt