Əsas Səhifə > Redaktor seçimi > "Allah bizə də nəsib etsin torpaqlarımızı geri qaytarmaq üçün vuruşaq"

"Allah bizə də nəsib etsin torpaqlarımızı geri qaytarmaq üçün vuruşaq"


8-11-2018, 09:14


Azil Dadaşov 1997-ci il noyabr ayının 15-də Qobustan rayonunun Sündü kəndində anadan olub.

2003-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov adına Sündü kəndi tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2014-cü ildə həmin məktəbi bitirib. 2016-cı il yanvarın 12-də həqiqi hərbi xidmətə yollanıb, 2017-ci il iyulun 15-də idə ordudan təxris olunub.

İdmanın taekvondo növü ilə məşğul olur. Bir neçə yarışın mükafatçısı olub.

- Fiziki güclü olmağa çalışıram. Kəndimizin caamati fiziki sağlamlığı ilə seçilir. Deyərdim ki, kəndimizdən Qarabağ müharibəsində da vuruşan cavanların göstəridyi şücaət bütün respublikaya bəllidir. Zonamızda isə elə bir kənd yoxdur ki, bizim kənd qədər şəhid versin - 18 şəhid və bir Milli Qəhraman Şikar Şikarov. Allah bizə də nəsib etsin torpaqlarımızı geri qaytarmaq üçün vuruşaq. Atam müəllimdir, təlim-tərbiyəmizə çox ciddi yanaşıb. Eyni zamanda fiziki sağlamlığımıza da diqqət yetirib. Atamın şagirdlərindən də idman sahəsində uğurlar qazananları var. Özüm də hər zaman məktəbdə təşkil olunan bütün yarışlarında həvəslə iştirak etməyə çalışmışam.

Alxas Məmmədov



Geri qayıt