Əsas Səhifə > Redaktor seçimi / Müsahibə > "Belə bir qurğu rayonda başqa heç yerdə yoxdur"

"Belə bir qurğu rayonda başqa heç yerdə yoxdur"


9-10-2018, 23:12
"Belə bir qurğu rayonda başqa heç yerdə yoxdur"

Cavidan Sayılov 21 yanvar 1991-ci ildə Şamaxı rayonunda anadan olub. Bakı Dövlət Sosial İqdisad kollecinin məzunudur. 2009-cu ildən Şamaxı Olimpiya İdman Kompleksində çalışır.

2013-cü ildən kompleksin üzgüçülük hovuzunda operator, 2018-ci ildən isə üzgücü müəllimi vəzifəsində çalışır. Cavidan müəllimlə kompleksin imkanları və rayon səviyyəsində üzgüçülüyə olan maraq barədə söhbətləşdik.

- Kompleksdə olan üzgüçülük hovuzuna vətəndaşların marağı necədi?

- Burada olan üzgüçülük hovuzu həm rayon camaatı üçün, həm də rayona gələn qonaqlar üçün böyük önəm kəsb edir. Belə ki, üzgüçülükdən istifadə insanlarımz üçün həm istirahət, həm də sağlamlıqdır.

- Üzgüçülükdə xüsusi bölmələriniz fəaliyyət göstərirmi?

- Bəli, kompleksdə bu sahə üçün 4 bölməmiz fəaliyyət göstərir. Hər qrupda da 20 gənc və yeniyetmə var. Mövsumlə əlaqədər olaraq bu say daha da çox olur.

- Bəs, bu sahəyə maraq hansı səviyyədədir?

- Öncə onu deyim ki, belə bir qurğu rayonda başqa heç yerdə yoxdur. Eyni zamanda qiymətlərimiz də qənaətbəxşdi. Səliqə-sahman da öz yerində. Yəqin siz də mənimlə razılaşarsınızı ki, üzgüçülük hovuzunu həmişə hazır vəziyyətdə saxlamaq çox çətin və məsuliyyətli işdir. Burada gigiyenik qaydaları əsas tutaraq, suda təhlükəsizlik qaydalarına qədər hər şeyə ciddi riayət olmalıdır. İş rejimimiz isə mövsümlə əlaqəli olur. Amma normal halda səhər saat 9.00-dan, axşam saat 8.00-a qədər iş vaxtımızdır. Əgər ehtiyac olarsa, bir az da artıq işləməli oluruq. Hovuzda 4 təmizləyici qurğu işləyir. Hovuza girmək üçün tərlik və baş ortüyü tələb olunur. Müştərilər fərdi və komanda şəklində qəbul olunur. Abunəçilərimiz də bu hovuzdan istifadə edirlər. Rəhbərliyin də bizim sahəmizə xüsusu diqqəti var. Bunun üçün də öz adımdan başqa Səbuhi Qarayev olmaqla bütün rəhbər heyətə təşəkkürümü bildirirəm.

Əliqasım Məmmədov
ADPU-nun II kurs tələbəsi



Geri qayıt