Əsas Səhifə > Redaktor seçimi > "Bizə də onun hərəkəti nümunə olmalıdır"

"Bizə də onun hərəkəti nümunə olmalıdır"


31-03-2018, 15:50


Səməndər Bəşirov 29 noyabr 1995-ci ildə Şamaxı rayonu İkinci Cabanı kəndində anadan olub. Məktəbəqədər təhsilini İkinci Cabanı kənd Uşaq Bağçası -Körpəlkər Evində aldıqdan sonra 2003-cü ildə kənd tam orta məktəbinin I sinifinə qədəm qoymuşdur.

2010-cu ildə tam orta təhsilini Şamaxı şəhər 9 saylı orta məktəbində davam etdirmiş və 2012-ci ildə məkltəbi başa vurmuşdur. Səməndər oxuduğu müddətdə nümunəvi şagird kimi özünü göstərə bilib. Müxtəlif udman növlərinə maraq göstərən Səməndər dostları üçün də nümünə olmuşdur. Əsasən futbol, voleybol kimi idman növlərindən yarışlarda iştirak edib.

1 noyabr 2011-ci ildən II Dan qara kəmər sahibi Alxas Məmmədovun rəhbərliyi ilə taekvondo idman növü ilə məşğul olur. 10 mart 2016-cı ildə isə taekvondo üzrə Qara kəmərə namizəd normasını yerinə yetirib.

Səməndərlə qısa bir söhbətimiz oldu:

- Azərbaycan gəncləri müasir olmaqla bərabər, həm də keçmişin unutmamalıdı. Bizim hələ Qarabağ kimi ölkəmiz üçün problemimiz var. Biz oxumalı və məşq etməliyik. İdman döyüşçünü formalaşdırır. Biz sabah döyüş meydanında olacayıq. Ona görə hazır olmalıyıq, hər an müharibə başlaya bilər. Bütün gənclər, haralı olursa-olsun Qarabağ deyib durmalıyıq. Düşmən bizi görəndə qorxmalıdır. Döyüş vaxtı idmanın rolu böyükdür. Milli qəhramanınız Mübarizə Allah rəhmət eləsin, əsl idmançı və döyüşçü olub. Düşmən tərəfə keçədə nə qədər də düşməni məhv edib. Düşünürəm ki, bizə də onun hərəkəti nümunə olmalıdır.


Alxas Məmmədov
Geri qayıt