Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Stolüstü Tennis Federasiyası General Polad Həşimov Turniri keçirəcək



Fərhad İsmayılov: Stolüstü tennisçilərimizin öz potensiallarından maksimum istifadə etmələrinə çalışırıq.

Sentyabrın 12-də stolüstü tennis üzrə respublika turniri keçiriləcək. Yarış Şəki Olimpiya İdman Kompleksinin ərazisində açıq havada təşkil ediləcək. Bu, pandemiya dövründə ilk yarışımızdır. Komandamız uzun müddət yarışlardan kənarda qalıb. Eyni zamanda, yarışın açıq havada təşkili bir qədər çətinlik yaradır. Çalışacağıq ki, stolüstü tennisçilərimiz turnirdə öz potensiallarından maksimum istifadə etsinlər.
BrendSport.az saytı xəbər verir ki, bu sözləri stolüstü tennis üzrə yığma komandanın məşqçisi Fərhad İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.
Məşqçi qeyd edib ki, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunacaq yarışda yalnız region komandaları iştirak edəcəklər. Yarışda Bakı və Sumqayıt təmsilçiləri iştirak etməyəcəklər. Turnirə Şəki və ətraf rayonlardan stolüstü tennisçilər qatılacaqlar.

Bizdə BrendSport.az saytı olaraq Azərbaycan Stolüstü Tennis Federasiyasına belə gözəl təşəbbüsə üçün öz minnətdarlığımızı bildiririk.


Facebook-da paylaş

Xəbəri paylaş