Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kikboksinq Federasiyasına yeni prezident seçilib



Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin onlayn iclası keçirilib. İclasda Orxan Əliyev qurumun yeni prezidenti seçilib.
BrendSport.az
saytı xəbər verir ki, Federasiyanın əvvəlki prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.
Adil Əliyev yeni prezidentə inandığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Əliyev isə göstərilən etimada görə təşəkkürünü bildirib və bu etimadı doğruldacağına söz verib: "Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa
çalışacağam. Azərbaycan Kikboksinq Federasiyası ölkədə idmanın inkişafına töhfə verməyə davam edəcək”.
Qeyd edək ki, O.Əliyev 1981-ci ildə anadan olub. O, 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib və özəl sektorda uğurlu fəaliyyət göstərib. Müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edən O.Əliyev beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub.


Facebook-da paylaş

Xəbəri paylaş