Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elxan Məmmədov: Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq

Elxan Məmmədov: Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq

Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq.
BrendSport.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür.
Qeyd edək ki, martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş