Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Elxan Məmmədov: Bakı “Avro-2020”nin oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək



Bakı futbol üzrə “Avro-2020”nin ev oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək. Ev sahibliyi ilə biz təkcə Azərbaycanı yox, bütün bölgəni təmsil edirik.

BrendSport.az xəbər verir ki, bu sözləri “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda fevralın 19-da keçirilən tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Avropa çempionatını təşkilatçılıq baxımından ciddi məsuliyyət, sahibkarlar üçün isə fürsət olduğunu vurğulayan E.Məmmədov bildirib: “Ötən il UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən ölkəmizə 38 min nəfər gəlmişdi. İndi isə azı üç dəfə çox qonağın gələcəyinə əminəm. Sahibkarları bu fürsətdən yararlanmağa çağırıram”.


Facebook-da paylaş