Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Azad Rəhimov AFFA-nın işinə qiymət verdi: "Əminəm ki, Avroliqanın Bakıdakı finalı yüksək səviyyədə təşkil olunacaq"

Azad Rəhimov AFFA-nın işinə qiymət verdi: "Əminəm ki, Avroliqanın Bakıdakı finalı yüksək səviyyədə təşkil olunacaq"

Bu gün “Hilton” otelində AFFA-nın Hesabat Konfransı keçirilir. BrendSport.az xəbər verir ki, giriş sözü ilə AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib.



Abdullayev 2018-cu ildə Azərbaycan futbolundakı hadisələri sadaladı. O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsini yüksək dəyərləndirməklə yanaşı, yığmamızın Millətlər Liqasındakı uğursuzluğunu da vurğuladı.



Daha sonra tədbirin aparıcısı AFFA-nın baş katibi Elxan Məmmədov sözü Gənclər və İdman naziri Azad Rəhimova verib. Nazir AFFA-nın gördüyü işi yüksək qiymətləndirdi. O, ali futbol qurumunun tək futbolun inkişafı baxımından deyil, həm də sağlam həyat tərzində müstəsna pay sahibi olduğunu bildirib. Sonda Rəhimov AFFA-nın Bakıda mayın 29-da Avropa Liqasının final qarşılaşmasını yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirdi.


Facebook-da paylaş