Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər



Martın 4-də Bakıda təşkil ediləcək futtennis üzrə açıq beynəlxalq turnirin iştirakçıları və Azərbaycan Futnet Federasiyasının kollektivi bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

BrendSport.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarını yad ediblər.

Qeyd edək ki, beynəlxalq turnirdə 7 komanda iştirak edəcək. Yarışda ölkəmizlə yanaşı, Rusiya, Gürcüstan və İran komandaları da mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş