Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




DTX-nın Velosiped İdman Klubunun sədri: Bu veloyürüş həmrəyliyimizi nümayiş etdirir



Bu gün bayram əhval ruhiyyəsindəyik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Azneft” meydanından start götürən və Heydər Əliyev Mərkəzinədək davam edən “Gücümüz həmrəyliyimizdir” devizi altında keçirilən veloyürüş uğurla yekunlaşdı. Bu yürüşü keçirməklə biz hər zaman həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik.

BrendSport.az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Velosiped İdman Klubunun sədri Vüqar Salahov söyləyib.

Hər kəsi velosiped idmanı ilə məşğul olmağa çağıran velosiped idmanı üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov deyib: “Yürüşdə DTX-nin velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər və Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri iştirak edirlər. Biz mütəmadi olaraq belə tədbirlərdə iştirak edirik. Ümidvarıq ki, belə tədbirlərin keçirilməsi ənənəvi hal alacaq. Çünki idman sağlamlıq deməkdir. İstəyirik ki, hər kəs daha da sağlam həyat sürsün. Düşünürəm ki, bu yürüşə nə qədər çox velosipedçi qoşulsa, gələcəkdə bu idman növü ölkəmizdə daha da inkişaf edər”.


Facebook-da paylaş