Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Milan Obradoviç Azərbaycanın U-21 yığmasının baş məşqçisi vəzifəsinə namizəddir



AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məşqçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən, Milan Obradoviçə həvalə olunacaq.


Facebook-da paylaş