Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BGF-nin vitse-prezidenti: Bakı Konqresinə böyük ümidlər bəsləyirik



Mən dəfələrlə Azərbaycan paytaxtında olmuşam və həmişə buraya məmnuniyyətlə gəlirəm.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Gimnastika Federasiyasının (BGF) vitse-prezidenti Çaoyi Luo Bakı Konqresi ərəfəsində keçirilən federasiyanın İcraiyyə Komitəsinin iclasında deyib.

BGF-nin vitse-prezidenti qeyd edib: “Hazırda bizim qarşımızda birgə səylərlə həllini gözləyən bir sıra ən mühüm məsələlər durur. Onlardan biri Etika Komitəsinin yaradılmasıdır. Mən bunu çox vacib məsələ hesab edirəm.

Eyni zamanda, parkurun gimnastika ailəsinə qəbul olunması ilə bağlı məsələyə baxılacağı və qitə miqyaslı federasiyaların rəhbərlərinin hesabatlarının dinləniləcəyi Konqresə də böyük ümidlər bəsləyirik. Hesab edirəm ki, gimnastika düzgün istiqamətdə inkişaf edir və irəliyə doğru addımlamaq üçün biz Olimpiya təsnifatı və digər məsələlərə yeni - novator yanaşması nümayiş etdirməliyik.


Facebook-da paylaş

Xəbəri paylaş