Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Boks 2020-ci il Tokio Olimpiya Oyunlarının proqramından çıxarıla bilər



Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında bildirilib ki, Beynəlxalq Boks Federasiyasının (AIBA) qarşısına qoyulan tələblər yerinə yetirilmədiyi təqdirdə bu idman növü 2020-ci il Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

BrendSport.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün keçirilən iclasda qarşıdakı Olimpiya Oyunlarında boks idman növünün statusu müzakirə olunub. BOK uzun müddətdir ki, AIBA qarşısında federasiyanın rəhbərliyində baş vermiş dəyişiklikdən sonra Olimpiya hərəkatına kölgə salan gizli məqamların aradan qaldırılmasına zəmanət verən bir sıra tələblərə riayət edilməsi şərtləri qoyub.

AIBA, öz növbəsində, inandırıcı sübutlar təqdim etməyib və bu səbəbdən BOK 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planını təxirə salıb. Federasiyanın idarəetmə və maliyyə məsələləri üzrə hesabatları BOK-u qane etməyib. Bununla yanaşı, hakimlik və antidopinq sahəsində AIBA-da tərəqqi olduğu BOK tərəfindən etiraf edilib.

BOK federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.

Bütün bu qalmaqalda AIBA-nın noyabr ayında keçirilən Moskva konqresində seçilmiş yeni prezidenti Qafur Rəhimovun xüsusi rolunun olduğu bildirilir. Belə ki, BOK seçkidən əvvəl kriminal aləmlə əlaqəsi olduğu ehtimal edilən və ABŞ-ın maliyyə sanksiyalarına məruz qalmış bu şəxsə namizədliyini geri götürməyi tövsiyə edib.

Federasiyanın baş katibi Umar Kremlev TASS agentliyinə müsahibəsində bildirib ki, boks idman növünün Olimpiya Oyunları proqramında qalması şansı mövcuddur. Onun sözlərinə görə, hazırda federasiyanın maliyyə vəziyyəti sabitdir və bir çox problemlər öz həllini tapıb. “Bundan başqa, boks üçün təhlükə olduğu halda AIBA prezidenti Qafur Rəhimov istefaya getməyə hazırdır. O, daha əvvəl bunu bəyan edib”, -deyə Kremlev vurğulayıb.

Bu məsələ BOK İcraiyyə Komitəsinin mart ayında keçiriləcək iclasında da müzakirəyə çıxarılacaq. Lakin indidən aydındır ki, yekun qərar BOK-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək sessiyasında qəbul olunacaq. Bu sessiya Olimpiya Oyunlarına 14 ay qalmış baş tutacaq.


Facebook-da paylaş