Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Səbinə Əzimova Azərbaycan Kubokunun qalibidir



29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet toplam 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kq (78+93) nəticə və 233.29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kq (72+92) nəticə və 213.11 xalla Firuzə İbrahimova çıxıb.
Təbrik edirik!

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam Xal
1. Əzimova Səbinə 2000 Lənkəran Zirvə 54.2 75 97 172 253.22
2. Kostova Boyanka 1993 Bakı Zirvə 59.1 78 93 171 233.29
3. İbrahimova Firuzə 1997 Sumqayıt Zirvə 63.9 72 92 164 213.11
4. Əlizadə Gülçin 1997 Qazax Zirvə 58.4 68 84 152 208.99
5. Məhərrəmova Mərziyyə 1996 Goranboy Zirvə 49.7 60 75 135 208.25
6. Rzazadə Lalə 2001 Lənkəran Zirvə 54.7 60 75 135 194.07
7. Hüseynzadə Fidan 2001 Lənkəran Zirvə 70.2 64 80 144 177.43
8. Opanasyuk Anna 2003 Lənkəran Zirvə 55.3 54 65 119 169.77
9. Abdurəhmanova Fidan 1999 Bakı Təhsil 91.0 65 86 151 165.77
10. Muxtarlı Günel 2003 Sumqayıt Zirvə 44.5 45 53 98 165.25
11. Fərəcova Şəfa 2001 Lənkəran Zirvə 57.7 50 65 115 159.39
12. Verdiyeva Nazilə 1998 Xırdalan Zirvə 59.6 51 59 110 149.25
13. Vəliyeva Günel 1997 Xırdalan Zirvə 63.4 – – – –


Facebook-da paylaş

Xəbəri paylaş