Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Həbib Nurmaqomedov hansı rəqibə üstünlük verdiyini açıqlayıb



Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurmaqomedov (Rusiya) bildirib ki, onun üçün boks üzrə sabiq dünya çempionu Floyd Meyvezerlə döyüşmək UFC döyüşçüsü Toni Ferqüson ilə qarşılaşmaqdan daha üstündür.

BrendSport.az saytı , “Sovetski sport”a istinadla xəbər verir ki, H.Nurmaqomedov mətbuat konfransında deyib: ”İstər idman tarixi, istər pul, istərsə də rəqabət baxımından Meyvezerlə döyüş xeyli dərəcədə maraqlıdır. Nə üçün bir çoxları Meyvezerin döyüşlərinin yayımını alırlar, çünki o, 50 döyüşdə iştirak edib və 50 dəfə qələbə qazanıb. Kimsə ona azarkeşlik edir, kimsə onun əleyhinədir. İki məğlubedilməz döyüşçü olduğumuz üçün bizim döyüşümüz ikiqat maraq doğuracaq.

Kimin yıxılacağını, kimin geri çəkiləcəyini bilmək maraqlı olacaq. KİV nümayəndələri bir yana qalsın, hətta komanda yoldaşlarım da bu döyüşdə qalib gəlmək şansımın olmadığını deyirlər, bu da məni daha əzmli edir. İndi Atletika Komissiyası ilə məhkəmə başa çatmalıdır. Ondan sonra söhbət edəcəyik”.


Facebook-da paylaş

Xəbəri paylaş